Tarixi 1950-ci ilə dayanan "SUCE" şirkəti yarandığı gündən etibarən təbəqəəyən alətlərin (sac metal emalı alətlərinin) etibarlı istehsalçısı kimi özünü təsdiq edə bilmişdir. Müxtəlif mərhələlərdən keçərkən "SUCE" şirkətinin rəhbərliyi bu sektorun inkişafında fəal iştirak edib, onun istehsal strukturunu bazarın tələblərinə uyğun formalaşdırıb. Şirkətə həyat verən sənətkarlıq emalatxanası müştəriləri ilə birlikdə böyüdü və 1980 -ci illərin əvvəllərindən etibarən ənənəvi qəliblərin istehsalına CNC koordinatlı deşmə dəzgahları üçün ştamplama alətlərinin istehsalını da əlavə etdi. Keçmiş təcrübəyə əsaslanaraq, şirkət texnologiyalarını, istehsalını, avadanlıqlarını daim təkmilləşdirir və bunun sayəsində 60 ildən artıqdır ki, müştərilərinə yüksək keyfiyyətli texnologiyalar, həllər və məhsullar təklif edir.