Najaf Narimanov küç,5 Bakı

FERRARI

Təsviri:

 

 

"OTTİMO-TOOLS" MMC-ı öz eksklüziv partnyoru "FERRARI" şirkətini təqdim etməkdən məmnunluq duyur!

"Ferrari Costruzioni Meccaniche" şirkətinin əsası 1979-cu ildə Bazilika Nova şəhərində - Parma (İtaliya) yaxınlığında qoyulmuşdur.

"FERRARI" öz istehsalına kiçik fabrikdə qoşa dəzgahdan başlamış və zamanla böyümüşdür. Bu artma əvvəlcə mövcud binanın sahəsinin ikiqat böyüməsi, 90-cı illərin əvvəllərində isə yaxınlıqda əlavə mülkün alınması ilə nəticələndi.  İndi şirkətin istehsal avadanlıqlarının və malların saxlanılması üçün 5000 m2 sahəsi olan iki yeri mövcuddur.

İllər ərzində şirkət araşdırmalar və müxtəlif texnologiyalardan istifadə nəticəsində yeni təbəqəəyən alətlərin hazırlamasında ixtisaslaşdırılır. Bu cür patentlənmiş ixtiralardan biri də puanson tutacaqlarının və alət adapterlərinin (yükləyicilərinin) istehsalında istifadə olunan kilid sistemi "Speedblock"dur. "FERRARI" mürəkkəb əymə (bükmə) məsələlərini həll etmək üçün daim yeni xüsusi alətlər hazırlayır. "FERRARI" nin kiçik sahibkar kimi böyüyüb mühüm şirkətə çevrilməsinə imkan verən başlıca amillər sırasında ənənəvilik və tarixilik dayanır, bununla da  inkişafa, innovasiyaya və dəyişikliyə inamla yol alır. "FERRARI"  möhkəmlik üzərində qurulmuş, gündən-günə, əzmkarlıqla, bu işə olan sevgi  və texnoloji yeniliyin müasir bir şirkətin uğurunun əsas elementlərindən biri olma inamı ilə qurulan sürətli, lakin ölçülüb-biçilmiş inteqrasiyaya sahibdir. Bu illər ərzində "FERRARI"  texnologiyaya, texniki dizayna, materialların seçilməsinə, hər bir fərdi məhsulun sınaqdan keçirilməsinə və yoxlanılmasına böyük sərmayə qoymaqdadır. "FERRARI" bütün proses boyu hər bir müştərinin ehtiyaclarına və tələblərinə diqqət yetirir.