"Apfel" – metal emalı müəssisələri üçün həllər
"Apfel" 25 ildir ki, zavodlar üçün peşəkar avadanlıqlar hazırlayır və istehsal edir.
Sahədə dəfələrlə sınaqdan keçirilmiş, yaxşı hazırlanmış məhsullar və həll yolları bizim istehsalat sirrimizin və eyni zamanda texnologiyanın davamlı inkişafının, həmçinin etibarlı materialların və emal üsullarının seçilməsinin nəticəsidir.
Şirkətimizin fəlsəfi prinsipləri saxlama sahəsinin tutumunu və səmərəliliyini artırmaqla, həmçinin giriş vaxtını azaltmaqla istehsal proseslərini optimallaşdırmaqdan ibarətdir.
Müştəri tələblərinin ən yüksək səviyyəsini təmin etmək üçün bütün məhsullarımız yalnız Heidelberg (Baden-Vürtemberq, Almaniya) yaxınlığındakı Dossenheyim zavodumuzda istehsal olunur və tamamlanır. APFEL məhsul çeşidində siz praktiki, yüksək keyfiyyətli saxlama həllərinin geniş çeşidini tapa bilərsiniz.
Almaniyada işlənmiş təhlükəsiz və funksional texnologiya
Birinci dərəcəli komponentlər, ən yaxşı materiallar və işlənmə keyfiyyətin, maksimum funksionallığın və davamlılığın təminatıdır. Çatdırılma üçün şkafların istehsalı, yığılması və hazırlanması yalnız Almaniya zavodumuzun ərazisində həyata keçirilir.
Dizayn və istehsal sahəsində uzun illər təcrübəmiz nəticəsində biz sizə maksimum yüklərə tab gətirə bilən ən yaxşı saxlama yollarını (üsulunu) təklif edirik. Müxtəlif texniki həllər alətlərinizin vaxta qənaət, təmiz və təhlükəsiz idarə olunmasını təmin edir. Nəqliyyat yuvaları forklift və ya transpaletdən istifadə edərək boş şkafları daşımağı asanlaşdırır.